Almaniya Polşanın hava məkanını nəzarətdə saxlayacaq – RAKET OLAYINDAN SONRA

22/11/2022 - 12:03

“Almaniya tezliklə “Eurofighters” qırıcıları ilə Polşa hava məkanında patrul xidmətinə başlayacaq. Bu, Polşa ərazisinə raketin düşməsi ilə bağlı insidentdən sonra zəruridir”.

Qafqaz.media xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib. Məlumat Müdafiə Nazirliyinin “Twitter” səhifəsində verilib.

“Polşa bizim dostumuz, müttəfiqimizdir və Ukraynanın qonşusu kimi o qədər də yaxşı müdafiə olunmur. Buna görə də Almaniya Polşa səmasını patrul etməkdən əlavə, ölkəyə “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil verəcək”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Polşanın müdafiə naziri Mariuş Blaşçak daha əvvəl bildirmişdi ki, gələcəkdə raketlərin düşməsi hallarını qaradan qaldırmaq üçün Ukrayna ilə sərhəddə hava hücumundan müdafiə sistemi yerləşdiriləcək.

Qafqaz.media