Rusiya erməni jurnalisti LGBT-yə görə həbs etdi

24/09/2024 - 10:58

Moskvanın Saveylovsk Məhkəməsi erməni əsilli rusiyalı jurnalist və bloger Karen Şainyanı qiyabi həbs edib. Axar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Şainyan ekstremist fəaliyyəti maliyyələşdirmə maddəsi ilə qiyabi ittiham olunub. Qeyd edək ki, ötən ilin avqustundan Rusiya Şainyanı axtarışa verib. İyul ayında isə “Rosfinmonitorinq” onu terrorçu və ekstremistlər siyahısına daxil edib. O, LGBT-nin maraqlarını fəal şəkildə təşviq edir. Bu məqsədlə Şainyan öz Yutub kanalını yaradıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30