Azərbaycanda toy karvanında qəza: 5 nəfər öldü - Video

24/09/2024 - 16:31

Biləsuvarda ağır yol qəzası olub. Axar.az APA-ya istinadla xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012" markalı minik avtomobili MAN markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir. İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb". Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ