Bakıda əlilə məxsus ev ağcaqanad dərmanından yanıb - FOTO
05/07/2024 - 05:32
Bakının Binəqədi rayonunda yanğın baş verib. APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində, Natiq Həşimi 31 ünvanında Şamil Manafova məxsus fərdi yaşayış evində qeydə alınıb. Onun iddiasına görə, hadisə vaxtı o evdə olmayıb. Yanğına səbəb isə ağcaqanad dərmanının yandırılması olub. Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun qarşısı alınıb. Hazırda ekspertiza işləri aparılır. Qeyd edək ki, Ş.Manafov Çernobıl əlilidir.