Bərdədə yanğın: 1 nəfər tüstüdən zəhərləndi

10/07/2024 - 18:19

Bərdədə tövlə yanıb, bir nəfər tüstüdən zəhərlənib. Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qurdlar kəndində ümumi sahəsi 387 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ