Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

26/08/2024 - 09:41

Avqustun 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, axşam və gecə bəzi yerlərdə arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 4 mm, Gədəbəydə 3 mm, Qax, Lerik, Mingəçevirdə 2 mm, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qobustan, Quba, Qusar, Şahdağ, Şabran, Altıağac, İsmayıllı, Şamaxı, Ağsu, Xaltan, Qrız, Xınalıq, Tovuz, Yevlax, Göyçay, Kürdəmir, Astara, Gədəbəy, Daşkəsəndə 1 mm-dək olub. Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcəyədək isti qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ