Dəmiryol nəqliyyatında hərəkətin təşkili ilə bağlı siyahı təsdiq edilib

04/07/2024 - 10:33

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, onların siyahısı aşağıdakı kimidir:

    Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı:
    Dəmiryol nəqliyyatının hərəkətini təşkil edən şəxslər:
    təpə növbətçisi;
    stansiya növbətçisi;
    mərkəzləşdirmə postunun növbətçisi;
    mikroprosessor mərkəz növbətçisi;
    manevr dispetçeri;
    stansiya dispetçeri.

    Dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən şəxslər:
    stansiya növbətçi operatoru;
    işarəverici (işarəverən).

    Dəmiryol nəqliyyatı vasitələrinin idarə edilməsini təmin
    edən şəxslər:
    elektrik qatar maşinisti;
    elektrik qatar maşinistinin köməkçisi;
    elektrovoz maşinisti;
    elektrovoz maşinistinin köməkçisi;
    teplovoz maşinisti;
    teplovoz maşinistinin köməkçisi;
    dizel qatar maşinisti;
    dizel qatar maşinistinin köməkçisi;
    drezin maşinisti;
    drezin maşinistinin köməkçisi;
    dəmiryol tikinti maşınının maşinisti;
    dəmiryol tikinti maşınının maşinistinin köməkçisi;
    maşinist-təlimatçı.

    Qərara əsasən, eyni zamanda onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydası da təsdiq edilib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ