Ermənistanda şəhər merinin əmlakı müsadirə oluna bilər

12/08/2024 - 09:50

Ermənistanın Baş Prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyan və olunla sıx əlaqədə olan bir neçə nəfərə məxsus əmlakların müsadirə olunması ilə bağlı məhkəməyə müraciət edib. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, iddia artıq icraata götürülüb. Bildirilib ki, iddia qəbul olunarsa, həmin şəxslərə məxsus 6 fərqli ünvanda yerləşən daşınmaz əmlaklar, iki ədəd avtomobil və şirkətlərdən birindəki səhm payı dövlətin balansına keçiriləcək. Qeyd edək ki, M. Paramazyan 2021-ci ildə müxalifətə açıq dəstəyini ifadə edib, bir il sonra isə mövqeyini dəyişib. Belə ki, onun 2022-ci ildə bölgəyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanı əllərində gül dəstəsi il qarşılaması həmin vaxt mətbuatın diqqətini çəkib.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ