Estoniya Rusiyanın on milyonlarla avro dəyərində aktivlərini dondurur – PULLAR UKRAYNAYA VERİLƏ BİLƏR

24/11/2022 - 01:53

Estoniya Rusiya Federasiyasına aid on milyonlarla avro dəyərində aktivlərini dondurub. Hazırda estonlar dondurulmuş Rusiya əmlakından Ukraynanın xeyrinə istifadə imkanını Aİ ilə müzakirə edir.

Qafqaz.media xəbər verir ki, bu barədə ERR portalına Çirkli Pulların Yuyulması üzrə Məlumat Bürosundan informasiya verilib.

“Dondurulmuş aktivlərin dəqiq dəyərini hesablamaq demək olar ki, mümkün deyil. Xüsusilə kredit təşkilatlarında, maliyyə qurumlarında, bank hesablarında vəsaitlər dondurulur. Orada söhbət 11,7 milyon avrodan gedir. İkinci məqam Vergi və Gömrük Şurasında dondurulmuş vəsaitlərdir. Söhbət 8,4 milyondan gedir”, - deyə o bildirib.

Bu vəsaitlərin bir hissəsinin Ukraynaya hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin ödənilməsi üçün istifadə oluna biləcəyi ilə bağlı müzakirələr davam edir. Vergi və Gömrük Şurasının gömrük departamentinin rəhbəri Eerika Heldna bildirib ki, Estoniyanın sanksiya siyasəti Aİ sanksiyalarının bir hissəsi olduğundan, bu cür qərarlar istənilən halda Estoniya tərəfindən Aİ-nin digər üzv dövlətləri ilə birgə qəbul ediləcək.

Qafqaz.media