Hindistanda avtobusun dərəyə aşması nəticəsində 4 hərbçi həlak olub, 28-i yaralanıb

20/09/2024 - 21:42

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələrinin dörd əməkdaşı onları daşıyan avtobusun dərəyə aşması nəticəsində həlak olub. APA xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində avtobusda olan daha 28 nəfər yaralanıb. Qəzanın baş vermə səbəbi açıqlanmayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57