FHN: Ötən sutka 23 yanğına çıxış olub, 5 nəfər xilas edilib

18/04/2024 - 10:52

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Havada toz müşahidə olunur
    01/05/2024 - 09:35
    ADNA terrorundan 15 il ötür
    30/04/2024 - 15:04
    Nəsib Quliyev intihar etdi
    24/04/2024 - 15:15
    Bakıdan Kəraçiyə ilk REYS
    19/04/2024 - 03:34