Aprelin bütün sosial ödənişləri yekunlaşıb

25/04/2024 - 18:49

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Fonddan APA-ya verilən xəbərə görə, bundan əvvəl – aprelin 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55