Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıb

04/05/2024 - 11:44

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər nazirliyindən APA-ya verilən xəbərə görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb.

    Araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    İmişlidə ev yandı - Video
    13/05/2024 - 16:43