Yalçın Hacızadə: "Biz ermənilərə heç vaxt məğlub olmamışıq"

17/05/2024 - 05:39

Bu sözləri Qafqaz.Media saytına açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

     Biz ermənilərə heç vaxt məğlub olmamışıq.
 Onlar bizə düşmən ola biləcək gücdə, potensialda “xalq” (əslində hələ qəbilədirlər) deyillər. Sadəcə olaraq həm keçən əsrin əvvəllərində həm də sonunda yeni dünya düzəninin formalaşması astanasında arxasında duran qüvvələrə məğlub olmuşuq. Bunun da əsas səbəbi bizim formalaşa, birləşə bilməməyimiz, dağınıq olmağımız və sair məsələlər olub.

Günümüzdə yenə yeni dünya formalaşır, amma bu dəfə biz nəyinki ermənilərə onlardan bu zamana kimi istifadə edən qüvvələrə də qalib gəlirik. Rus “sülhməramlılarının” Xocalıdan çıxma görüntüsü bu qalibiyyətin son nöqtəsidir.

Çoxumuz 2020-ci ilin noyabrındakı razılaşmadan sonra “sülhməramlıların” gəlməsindən və onların hərəkətlərindən narahat idik. Erməniləri Qarabağa daşıyır, separatizmə yardım edir, ordakılara rus pasportu verir, özləri üçün kilsə tikir, rus qəhrəmanlarına abidə ucaldırdılar...., sanki Rusiyanın bir ərazisi kimi davranırdılar. Amma indi tərk etmək məcburiyyətində qaldılar. 

Azərbaycan – Ermənistan gərginliyinin davam etməsində maraqlı olan bir çox qüvvələr zərərsizləşdirildi, amma bu qüvvələrdən itirən ən çox Rusiya oldu. Bizə qarşı ermənilərə ən çox dəstəyi verən Rusiya olub. Başqa qüvvələr maddi və siyasi kömək etdikləri halda, Rusiya bunlarla yanaşı fiziki müdaxilə də edirdi.  Ona görə biz 44 günlük müharibə zamanı Rusiyanın özünün kiçik modeli kimi yaratdığı erməni ordusunu və ona verdiyi texnikanı darmadağın etmişik.

15 may tarixi, 15 sentyabr 1918-ci ilin "Qurtuluş" gününə bərabər olmalıdır. Bu, Pyotrun 1723-cü ildə Bakıya hücumunun, 1920-ci il 28 aprel Rusiya işğalının, 1923-cü ildə yaradılmış "Qarabağ Müxtar Vilayətinin" sonudur. 
Bilməliyik ki, bizə şimaldan heç vaxt isti külək gəlməyəcək, hər zaman soyuq küləkdən özümüzü qorumalıyıq. 

Biz bir olduqda, dünya nizamını düzgün oxuya və beynəlxalq münasibətləri düzgün qura bildikdə, bunları formalaşdıracaq LİDERƏ sahib olduqda hər zaman güclü olacağıq.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

                                                                                      

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12