ABŞ başına 7 milyon qoymuşdu, İsrail öldürdü - Video

20/09/2024 - 20:27

İsrail ordusu Livanın paytaxtı Beyruta raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “İsrail müdafiə ordusu Beyruta yüksək dəqiqlikli raketlərlə zərbələr endirib”, - məlumatda qeyd olunub. Məlumata görə, zərbələr nəticəsində Hizbullahın xüsusi əməliyyatlarına rəhbərlik edən İbrahim Aqil adlı lideri öldürülüb. İsrail mətbuatının məlumatına görə, İbrahim Aqil Hizbullahın 3-cü şəxsi hesab olunurdu. ABŞ hökuməti onun başına 7 milyon dollar mükafat təyin etmişdi. İsrailin Beyrutun cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Həlak olanların sayı 8-ə, yaralıların sayı isə 59-a çatıb.

 

https://t.me/Axaraz/58193?single

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57