Kəndləri qaytarmasaq, tək Azərbaycan hücum etməyəcək - Video

04/04/2024 - 13:43

Tavuş torpaqlarını heç kim vermir, müstəqil Azərbaycanın ərazi bütövlüyünə daxil olan keçmiş Azərbaycan SSR-ə məxsus yaşayış məntəqələri geri qaytarılır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuşda kəndləri qaytarmayacaqları təqdirdə müharibə olacağı barədə xəbərdarlığını da xatırladıb və yalnız Azərbaycan tərəfdən hücuma məruz qalmayacaqlarını bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və hərbi sazişi var. Bu sazişə görə isə Azərbaycana hərbi təhdid olarsa, Türkiyə də savaşa girəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12