“BU YAY UKRAYNA ÜÇÜN ƏN KRİTİK DÖNƏM OLACAQ” – “Böyük dəyişikliklər baş verəcək...”

24/04/2024 - 11:23

“Ən vacib tapşırıq 2024-cü ildə döyüş meydanında duruş gətirməkdir”

Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsindəkı hərbi döyüş teatrının ümumi vəziyyəti və xarakteri aydınlaşmağa, hər iki ordunun zəif və güclü tərəfləri tam üzə çıxmağa başlayır. Ukrayna üçün ən vacib prioritet məsələ hava məkanının effektli qorunmasıdır. Son aylar Rusiyanın Ukrayna ərazisini güclü raket atəşinə tutması, Qərbin isə Kiyevin raket əleyhinə vasitələr istəməsinə məhəl qoymaması Ukraynanı çətin vəziyyətə salıb.

Amma bütün bunalara baxmayaraq, ukraynalılar ruhdan düşməyib və hazırkı şərtlər daxilində mümükn olan bütün variantlar üzərində işləyirlər, ümidlər hələ tükənməyib və hətta dönüş olacağı da gözlənilir.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” saytı “Hava Hücumundan Müdafiə raketlərinin çatışmazlığı: Ukrayna böyük dəyişikliklər astanasındadır” başlıqlı rubrikasında sözügedən məsələni “Ordu, Konversiya və Silahsızlaşdırma Araşıdırmaları Mərkəzi” nin direktoru Valentin Badrakla müzakirə edib.

 

 

Həmin söhbət zamanı V.Badrak aşağıdakıları söyləyib: ”Ukraynanın hərbi-siyasi rəhbərliyi aktiv şəkildə yeni Hava Hücumundan Müdafiə(HHM) sistemləri axtarır. Belə ki, Zelenski Ukrayna şəhərlərinin Rusiyanın raket zərbələrindən qorunması üçün təxirəsalınmız ehtiyaclardan danışıb. Rusiyanın son raket zərbələri göstərdi ki, Ukrayna hazırda olan HHM sistemləri ilə yanaşı yeni sistemlərə də ehtiyac duyur. Yaxın zamanlarda dəyişikliklərin baş verməsi önəmlidir.

Hava qüvvələri raket atəşi ilə bağlı vəziyyətə reaksiya veriblər və bildiriblər ki, raket əleyinə vasitələrdə böyük qıtlıq yaşanır. Hələ üstəlik, cəbhədəki hadisələrlə əlaqədar HHM ehtiyatımız da tükənir, çünki Rusiya aviasiyadan aktiv istifadə edir. Rusiya ilin əvvəlindən indiyədək Ukrayna ərazisinə buraxdığı raketlərin sayını xeyli artırıb. Belə ki, onlar bu müddət ərzində min raket və “Şahed” tipindən olan 2800 dron buraxıblar. Bu isə Ukrayna HHM-nın yüklənməsinə və tükənməsinə gətirib çıxarıb.

O ki qaldı HHM sistemlərinin axtarışına, hazırda Ukraynaya təcili nəsə verə bilən dörd ölkə var. Lakin bütövlükdə söhbət yalnız Avropanın eqoizmindən gedə bilər, çünki biz bilirik ki, Almaniyada 10 “Patriot” batareyası var, hələ bu batareyalardan Polşa və Rumıniyada da var. Elə ölkələr var ki, onlar Ukraynaya ümumiyyətlə yardım etmək fikirindən uzaqdırlar. Məsələn, Yunanıstan kimi.

ıDigər yandan, bütün fikirlərimizi məhz “Patriot”HHM sistemləri üzərində çəmləşdirməyimiz düz deyil, hətta “Patriot”u üstələyən raket əleyhinə digər sistemlər də mövcuddur. Biz hələ İsrail haqqında danışmırıq. Amma Avropa ölkələrinin digər ölkələrə təsir etmək imkanları var və onlar üçüncü ölkələri işə qoşub Ukrayna üçün yeni sistelmlər ala bilərlər.

Burada söhbət Cənubi Koreya sistemlərindən gedir. Ukrayna üçün mühüm olan bir sıra yeni nailiyyətlər var. ABŞ hazırda Yaxın Şərqdəki dronlara qarşı lazer sistemlərini sınaqdan keçirir. Belə sistemlərin Ukraynada istifadə edilməsinə niyə cəhd olunmasın ki?

Əlavə olaraq deyim ki, mikrodalğa fizikasının prinsipləri əsasında işləyən ən yeni texnologiyalar ilk növbədə dronlarda istifadə olunur. Ola bilər ki, bu cür silahlar raketlərə qarşı da tətbiq edilsin.

Bu məsələlərin həll edilməsi üçün imkansız sayıla biləcək şeyləri həyata keçirmək üçün bütün Avropanın səyinə böyük ehtiyac var. Elə götürək Misiri. Onlar silah tədarükü məsələsində həm Ukraynaya, həm də Rusiyaya yardımdan imtina ediblər. Amma Avropa Birliyi Misir iqtisadiyyatını xilas etmək üçün çoxmilyardlıq ödəmələr edəcək. Misirdəki müvafiq sistemlərlə bağlı təkrar sorğu göndərmək olardı. Onlardakı sovet sistemidir və eybi yoxdur, işə yarayar. ABŞ və Türkiyə arasındakı münasibətlər də yaxşılaşıb. Türklər “F-35” təyyarələri almağa ümid bəsləyirlər, onda nəyə görə, Ukrayna üçün Türkiyənin Rusiyadan aldığı raket əleyhinə “S-400 Triumf” sistemləri istənilməsin?

Yəni, Avropanın sonadək istifadə etmədiyi çoxlu sayda imkanları mövcuddur. İlk növbədə Avropa hər şey vermək istəmir ki, bu da olduqca təhlükəli qərardır. Əgər bu gün Avropa Ukraynaya imtina etsə, onda onların həmin sistemləri Putinin yeni işğalçı müharibəsinə qarşı mübarizədə istifadə ediləcək. Belə ki, biz Avropa cəmiyyəti ilə çox sıx bağlanmışıq və ona görə də Avropanın bizimlə həyata keçirdiyi hərbi-texniki əməkdaşlıq istiaqmətindəki işləri sürətləndirməsi lazımdır.

Yeri gəlmişkən, artıq kiçik və orta mənzilli raketlərin istehsalı barədə danışıqlar gedir. Aprel ayının sonunda bununla əlaqədar hansısa müsbət qərər veriləcək. Söhbət Ukraynanın istifadə edəcəyi güclü Zenit Raket Kompkeslərindən gedir.

İndi qarşıda dayanan ən vacib tapşırıq vaxt udmaq və 2024-cü ildə döyüş meydanında duruş gətirməkdir. Çünki artıq 2025-ci ilin əvvəlindən həm Avropanın özündə və həm də Ukrayna-Qərb hərbi -texniki əməkdaşlığı çərçivəsində yeni istehsal məhsullarının ərsəyə gətirlməsinə start verilməlidir.

Eyni zamanda, Çinlə əlaqəli olan müəyyən texniki komponentlərlə bağlı bəzi məqamlar var. Almaniya kansleri Şoltsla Si Tzinpinin görüşündən sonra Çin lideri Makronla danışıqlar aparmaq üçün Parisə yola düşəcək. Biz indi böyük dəyişikliklərin baş verəcəyi çox mühim mərhələ ərəfəsindəyik. Ruslar məhz elə buna görə Ukraynanın infrastrukturunu intensiv raket atəşinə tutur. Çünki biz dönüş anındayıq. Bu yay isə Ukraynanın bütün müasir tarixinin ən kritik dönəmi olacaq”.

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12