Qəzzada İsrail ordusunun daha 5 hərbçisi ölüb

16/05/2024 - 10:32

Qəzza sektorunun şimalındakı Cəbəliyə bölgəsində 5 İsrail hərbçisi həlak olub.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-nin ilkin təhqiqatına əsasən, Cəbəliyə düşərgəsində tank axşam saat 19:00 radələrində hərbçilərin toplaşdıqları binaya səhvən iki mərmi atıb. İnsident nəticəsində 5 İsrail hərbçisi həlak olub, 3-ü ağır olmaqla 7 hərbçi yaralanıb. Əsgərlərin hamısı Paraşütçülər Briqadasının 202-ci Batalyonunda xidmət edib.

Qeyd olunub ki, tank qüvvələri binanın pəncərələrindən birindən tapança lüləsini müəyyən etdikdən sonra bunun HAMAS döyüşçüləri olduğunu zənn edərək binaya atəş açıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10