Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub

28/11/2024 - 18:35

Cəlilabad rayonunun 24 kəndində qazın verilişində olan məhdudiyyət aradan qaldırılıb. "Report"un Muğan bürosunun məlumatına görə, artıq qazın verilişi bərpa olunub. Qeyd edək ki, bu gün saat 10:00-dan görüləcək işlər başa çatanadək rayonun 24 yaşayış məntəqəsi üzrə 10 min 608 abonentin (Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndləri) qazla təchizatı dayandırılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55