Gənələr bu qan qrupunu sevirlər – Diqqətli olun!
Yaz və yay aylarında park, bağ kimi, otların çox olduğu yerlərə getdikdən sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hansı simptomla üzləşsəniz, dərhal xəstəxanaya müraciət etməlisiniz.
Qan qrupları və gənələr arasında sıx əlaqə var. Mütəxəssislər gənələrin müəyyən qan qrupundan olanları daha çox sancdığını və həmin insanların infeksiyaya çox həssas olduqlarını açıqlayıblar.
Publika.az xəbər verir ki, alimlərin apardığı araşdırma nəticəsində gənələrin sevimli qan qrupunun olduğu anlaşılıb.
Sözügedən təcrübə zamanı mütəxəssislər gənələri təcrid olunmuş əraziyə yerləşdirib və onlara filtr kağızından istifadə edərək müxtəlif qruplardan qan nümunələri təqdim ediblər. Təcrübə zamanı bir çox gənənin ikinci qan qrupu olan nümunələrə doğru hərəkət etdiyi müşahidə edilib.
Bu təcrübə yüz dəfədən çox təkrarlansa da, nəticə dəyişməyib. Məlum olub ki, üçüncü qan qrupu gənələr arasında ən az populyardır.
Qeyd edilir ki, gənələr insanlarda ciddi xəstəliklərə səbəb olur. Hətta bu xəstəliklər ölümlə də nəticələnir.
Gənələr borrelia (Lyme xəstəliyi), gənə ensefaliti, anaplazmoz, erlixioz, tülyaremiya və babezioz kimi xəstəlikləri ötürə bilər.