Azərbaycanda daha bir tələbə vəfat etdi
15/05/2024 - 11:12
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü tədris ilinin tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə ADPU-nun Cəlilabad filialının məlumatında bildirilib. Ölümün səbəbi açıqlanmayıb.
Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum tələbənin ailəsinə başsağlığı verilib.
Allah rəhmət eləsin!