Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO

06/05/2024 - 07:40

Bakının Nizami rayonunda avtomobilin vurudğu piyadalardan biri ölüb.

APA xəbər verir ki, xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

    Fakt araşdırılır.

    ***

    Saat 02:34

    Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    APA xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

    1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

    Həmin vaxt onları “Kia” markalı avtomobil vurub.

    Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

    Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ