Türkiyədə partlayış baş verib, beşi polis olmaqla yeddi nəfər yaralanıb
Türkiyənin Tokat vilayətində mayın 19-u bazar günü gecə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, qonşuların yüksək səsə dair şikayəti əsasında polis Hürmüzlü məhəlləsində yerləşən bağ evinə gəlib.
Jandarmlar evə girəndə partlayış baş verib. Nəticədə beşi polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.
Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur.
Əyalət valisi Numan Hatipoğlu fövqəladə vəziyyətlə bağlı istintaqın başladığını açıqlayıb.
İlkin məlumatlara görə, söhbət ailələr arasında ədavət zəminində yaranan münaqişədən gedir.