Nazir: Türkiyənin müdafiə sənayesi hədəfə alınıb

31/10/2024 - 11:49

Türkiyənin müdafiə sənayesi hədəfə götürülüb. “Report” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyənin bu sahədəki uğurlarının qarşısını almaq istəyənlər məqsədlərinə nail olmayacaqlar: “Biz yolumuza davam edəcək, daha çox işləyəcəyik”. Nazir həmçinin qeyd edib ki, Türkiyə çətin coğrafi mövqedə yerləşir: “Belə bir şəraitdə güclü olmağa məcburuq”. M.F.Kacır bildirib ki, indi dünyada insanların haqlarını müdafiə edən beynəlxalq hüquq və ya təşkilat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35