Bu prezident çıxış edəndə Ərdoğan zalı tərk etdi - Video

13/11/2024 - 07:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının növbədənkənar Zirvə toplantısında liderlərə müraciət edib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ərdoğan müsəlman ölkələrini İsrailə qarşı birgə hərəkət etməyə çağırıb. Sammitin əsas prioriteti ərəb və islam ölkələri arasında mövqe birliyi yaratmaqla İsrailə beynəlxalq təzyiqlərin edilməsinə çalışmaq olub. Ərdoğan Qərb dövlətlərinin Qəzzada qətliam törədən İsrailə verdiyi siyasi və hərbi dəstəyi xatırladıb. O, müsəlman ölkələrinin reaksiya verə bilməməsinin vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkib. Türkiyə prezidenti daha çox ölkəni Fələstini tanımağa təşviq etməyin vacibliyinə də diqqət çəkib. Suriya Prezidenti Bəşər Əsədin çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi isə diqqət çəkən məqam olub. Qeyd edək ki, Ərdoğan Ər-Riyaddan COP29-da iştirak etmək üçün Bakıya gəlib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35