Bolqarıstan Prezidenti: Azərbaycanla əməkdaşlığı “yaşıl enerji” sahəsində davam etdirəcəyik

13/11/2024 - 14:57

Bolqarıstanla Azərbaycan arasında ikitərəfli əlaqələr son dərəcə yaxşı inkişaf edir. APA xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rumen Radev jurnalistlərin suallarını cavablandırarkən deyib. O, iki ölkə arasındakı əlaqələrin təbii qaz tədarükü sahəsi ilə yanaşı, “yaşıl enerji”nin nəqli sahəsində davam etdiriləcəyini qeyd edib. "İlk növbədə, bu forumun əla təşkil olunması ilə əlaqədar sizi təbrik edirəm. Bu forum “yaşıl inteqrasiya”nın inkişafı üçün müəyyən perspektivlər yaradır. Bu tədbir sadəcə “yaşıl inteqrasiya”nın inkişafı üçün deyil, həm də iqtisadiyyatımızın daha da güclənməsi, rəqabət qabiliyyətliliyi baxımından da əhəmiyyətlidir. Bolqarıstanla Azərbaycan arasında ikitərəfli əlaqələr son dərəcə yaxşı inkişaf edir. Biz əməkdaşlığımızı yalnız qaz istehlakı və nəqli sahəsində deyil, Azərbaycanda istehsal edilən “yaşıl enerji”nin Bolqarıstan ərazisi ilə nəqli istiqamətində də davam etdirəcəyik”, - Prezident bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20