Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11/11/2024 - 16:09

Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkil edəcəyi tədbirdə yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsini, İKT sektorunda emissiyaların azaldılmasını və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur. Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır. Maraqlı tərəflər bəyannaməyə qoşulmaq üçün digitalisation@cop29.az e-poçt ünvanına müraciət edə bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20