Rusiya qoşunları bu kəndə nəzarəti ƏLƏ KEÇİRDİ
"Vostok" qoşun qruplaşmasının bölmələri Donetskin Rovnopol kəndi üzərində nəzarəti ələ keçirib. Publika.az Rusiya saytlarına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib. Məlumata görə, qrup Velikaya Novoselka, Temirovka, Novodonetskoe və Dovonetskoye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 33-cü Mexanikləşdirilmiş, 128-ci Dağ Hücum Briqadalarının, 113 və 129-cu Qurudan Müdafiə briqadalarının birləşmələrini darmadağın edilib. 101 və 123-cü müdafiə briqadalarının hücum qruplarının iki əks hücumu dəf edilib. “Düşmən itkilərini 150-yə qədər hərbçi, 1 zirehli transportyor, 7 maşın və Fransa istehsalı olan 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğusu təşkil edib”, - Rusiya Hərbi Departamenti bildirib.