Yüksək vəzifələrdə işləmiş şəxs vəfat etdi - FOTO
13/11/2024 - 11:10
Uzun illər müxtəlif dövlət vəzifələrində çalışmış, müstəqillik illərində 15 ilə yaxın Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin birinci müavini olmuş Nadim Qazıbəyov vəfat edib. Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezidentin fərdi təqaüdçüsü olan N.Qazıbəyov 91 yaşında dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.