Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

23/09/2024 - 17:50

Astanada (Qazaxıstan) 24-26 sentyabr tarixlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. “Report” bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etno-caz konserti keçiriləcək. Bundan əlavə, sentyabrın 25-də Qazaxıstan və Azərbaycanın milli kitabxanaları arasında memorandum imzalanacaq, həmçinin “Azərbaycan incəsənətinin inciləri” adlı sərginin açılışı və rəqs ansamblının konserti olacaq. Sentyabrın 26-da Azərbaycanın müasir incəsənəti və Tomris ikonoqrafiyası mövzusunda mühazirələr keçiriləcək. K.Kuanışbayev adına Milli Musiqili Dram Teatrında keçiriləcək qala-konsert Mədəniyyət Günləri çərçivəsində əsas tədbir olacaq. Konsertdə Azərbaycanın xalq artistləri çıxış edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09