İstanbulda Azərbaycanla Ermənistan arasında sülh danışıqları keçirilir - FOTO

18/10/2024 - 19:38

“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb. Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb. Məlumata görə, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35