BMT: Rəfah sakinlərinin demək olar ki, yarısı evlərini tərk edib
19/05/2024 - 07:29
Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərinin demək olar ki, yarısı İsrailin may ayında hərbi əməliyyatlara başlaması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
APA xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini “X” səhifəsində məlumat verib.
“İsrail qüvvələrinin mayın 6-da bölgədə hərbi əməliyyatlara başlamasından sonra Rafahın 800.000 əhalisinin təxminən yarısı yenidən qaçmağa məcbur olub”, - Lazzarini qeyd edib.