Yeni “pivə kraliçası”: 6 illik xəyalları gerçək oldu - VİDEO
Almaniyanın Bavariya Pivə istehsalçıları Assosiasiyası yeni “pivə kraliçası” seçib.
Publika.az xəbər verir ki, Jetzendorf şəhərindən olan 22 yaşlı Linnea Kleenin 16 yaşından bəri qurduğu xəyalları gerçək olub.
Məlum olub ki, L.Klee yalnız pivə içmir, həm də dəmləyə bilir. Atasının məsləhəti ilə o, pivəçi peşəsini seçib.
Bundan əlavə, münsiflər heyəti onun hobbisinə heyran qalıb: o, Jetzendorfun yerli həvəskar komandasında yarımmüdafiədə oynayır. Ancaq bu mövsüm hələ bir qol vurmayıb. Klee ingilis, fransız və alman dillərindən əlavə Fin dilində də sərbəst danışır.
Fakt budur ki, anası Finlandiyadandır, ona görə də Klee ikidilli mühitdə böyüyüb.