Göygöldə çayda batan yeniyetmənin cəsədi tapılıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Göygöldə çayda batan yeniyetmənin meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, 14 yaşlı Murad Allahverdiyevinin cəsədi bu gün səhər saatlarında Gəncə çayının Göygöl rayonundan keçən hissəsində aşkarlanıb.
Cəsəd aidiyyatı üzrə təhvil verilib.
***
01:59
Göygöldə yeniyetmənin çayda batmasına dair bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, Gəncə çayının Göygöl rayonundan keçən hissəsindən 3 yeniyetmə çayın bir sahilindən digər sahilinə keçən zaman onlardan biri çaya düşüb.
2000-ci il təvəllüdlü Murad Allahverdiyev dostunu xilas edib, özü isə çayda batıb.
Hazırda 14 yaşlı yeniyetmənim axtarışları FHN əməkdaşları tərəfindən davam etdirilir.
***
00:23
Göygöldə 14 yaşlı oğlanın çayda batdığı əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin xususi xilasetmə hissəsinin xilasediciləri cəlb olunub.
APA-nın yerli bürosunun məlumatına görə, xilasedicilər Gəncə çayının Göygöl və Gəncə şəhərindən keçən hissəsində axtarışları davam etdirir.
***
22:44
Göygöldə 14 yaşlı oğlan çayda batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki , Gəncə sakini 14 yaşlı Allahverdiyev Murad Yasin oğlu çayda boğulub.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis idarəsinin və digər qurumların əməkdaşları cəlb olunub.