Britaniyadan iki İsrail təşkilatına SANKSİYA

04/05/2024 - 07:31

Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı zorakılıq çağırışı etdiyi üçün İsrailin ifrat sağçı “Lehava” və “Noar Haqvaot” təşkilatlarına sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, 4 israilli fəal da sanksiyaya məruz qalıb.

Sanksiyalar bu təşkilatların hesablarına həbs qoyulmasını, habelə fiziki şəxslərin Britaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ