Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb

03/05/2024 - 05:18

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa-Buzovna şossesində qeydə alınıb.

    1973-cü il təvəllüdlü Şirinova Kəmalə Şəfaqət qızı yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

    Yaralı şok vəziyyətində xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    İmişlidə ev yandı - Video
    13/05/2024 - 16:43