Türkiyədə yol qəzası zamanı üç nəfər ölüb

04/05/2024 - 07:21

Türkiyədə ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

    Hadisə İstanbul-İzmir şosesində qeydə alınıb.

    İdarəetmədən çıxan avtomobil qəza törətmiş maşınla ona yardım edən digər üç nəqliyyat vasitəsinə və piyadalara çırpıb.

    Hadisədə üç nəfər ölüb, daha üç nəfər yaralanıb.

    Yaralılar Bursa Şəhər Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ