Türkiyədə məktəb ərazisində 30 mərmi tapıldı

04/05/2024 - 04:55

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məktəb ərazisində 30 mərmi tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İmam Hatip liseyi binasının tikinti meydançasında baş verib.

Belə ki, tikinti zamanı fəhlələr 30 mərmi aşkar edib.

İstanbul Valiliyi tapılan korroziyaya uğramış minaatan mərmilərin məhv edilmək üçün müvafiq orqanlara təhvil veriləcəyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ