Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib - YENİLƏNİB

02/03/2024 - 22:08

2 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleun ilə görüşüb.

    APA xəbər verir ki, bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib:

    "Biz dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik".

    Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib - YENİLƏNİB

    Qafqaz.Media

     

     

     

              

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Türkiyədə güclü zəlzələ
    25/11/2024 - 23:58
    Fatih Terim də Bakıya gəlir
    14/11/2024 - 12:26