Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri keçiriləcək

13/05/2024 - 10:06

 

Mayın 15-17-si tarixlərində Bakı Ekspo Mərkəzində sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.

"APA-Economics" xəbər verir ki, ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, Ispaniya, Finlandiya , Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətləri iştirak edirlər.

    Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə təqdim olunacaqdır. Bu il Türkmənistan və Venesuela sərgidə ilk dəfə iştirak edir. Azərbaycanı təmsil edən iştirakçıların 30%-dən çoxu “Made in Azerbaijan” brendi altında məhsullarını təqdim edən yerli şirkətlərdir.

    Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

     

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Metroda təşviş yaşandı
    27/11/2024 - 18:53
    Cəlilabadda zəlzələ oldu
    27/11/2024 - 17:55