Tanınmış yazıçı - publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin tələbələrlə görüşü keçirilib

06/05/2024 - 21:20

Tanınmış yazıçı- publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli ilə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin görüşü keçirilib. Zemfira xanım  söz sənətimizdə Qarabağ mövzusunun inikası,habelə qalib ölkənin Zəfər savaşının ədəbiyyatımızda əks-sədası barədə danışıb,gənclərin fikirlərini dinləyib, suallarını cavablandırıb. Kulturologiya fakültəsi Sosial- mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əsgərova, dosentlər Əminə Qədimova, Aygün Eyvazlı, baş müəllimlər Məftunə İsmayılova, Günel İbrahimova və Tələbə Elmi - Yaradıcılıq Cəmiyyətinin sədri Ülkər Rzayeva gənclərin  vətənpərvərlik ruhunda tərbiyə edilməsinin  əhəmiyyətini vurğulayıblar. Zemfira xanım bu müqəddəs mövzuda yazdığı bədii-publisistika nümunələrini müzakirələrdə mülahizələri ilə  fərqlənən tələbələrə və universitetin kitabxanasına hədiyyə edib.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49