“Al Jazeera”: Partlayıcı peycerlərə uzun müddət əvvəl yerləşdirilib

18/09/2024 - 07:37

Livanda partlayan peycerlərə partlayıcı partlamadan uzun müddət əvvəl yerləşdirilib. APA xəbər verir ki, bu açıqlama ilə “Al Jazeera“ telekanalı çıxış edib. Telekanalın Livan hüquq mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, partlayan rabitə vasitələrinə əvvəlcədən partlayıcı yerləşdirilib. İddialara görə, peycerlərdəki partlayıcının çəkisi 20 qramı keçməyib. Kanalın mənbəyi peycerlərin beş ay əvvəl idxal edildiyini açıqlayıb. Mütəxəssislər hazırda partlayıcıların necə aktivləşdiyinə dair nəzəriyyələri araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57