HƏMAS Livandakı peycer partlayışlarında İsraili günahlandırır
18/09/2024 - 07:36
Fələstinin HƏMAS hərəkatı Livandakı peycer partlayışlarında İsraili günahlandırıb. APA xəbər verir ki, TASS bununla bağlı hərəkatın bəyanatına istinadən məlumat yayıb. "HƏMAS bu terror təcavüzünün nəticələrinə görə bütün məsuliyyətin işğalçı hökumətin üzərinə düşdüyünü bildirir", - deyə məlumatda qeyd olunur. Qeyd edək ki, Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Nəticədə azı 2800 nəfər yaralanıb, 8 yaşlı uşaq və "Hizbullah" liderlərindən birinin oğlu da daxil olmaqla 8 nəfəri xilas etmək mümkün olmayıb. Livanın “Hizbullah” hərəkatı da partlamalarda İsraili günahlandırıb.