NYT: Qolf zamanı Trampın təhlükəsizliyinə zəmanət vermək olmur

18/09/2024 - 07:46

Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Ro Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa xəbərdarlıq edib ki, onun qolf meydançalarında qolf oynayarkən təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülməlidir.APA xəbər verir ki, bu barədə çərşənbə axşamı “New York Times“ öz mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, Ro bu barədə Trampa bazar ertəsi şəxsi görüşü zamanı, ABŞ hökumətinin rəhbəri postuna namizədin qolf oynamağa davam etməsinin təhlükəsiz olub-olmadığı sualına cavab verərkən məlumat verib. Ro deyib ki, Tramp ictimai yolların yaxınlığında yerləşən geniş meydançalarda oynadığı zaman Gizli Xidmətin işini yerinə yetirməsini çətinləşdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30