Macarıstanın XİN başçısı Makronu tənqid edib - "Bəyanatları təhdid hesab edirik"

04/05/2024 - 04:58

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı bəyanatlarını tənqid edib.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın XİN başçısı LCI telekanalının efirində deyib.

“Biz bu bəyanatları təhdid hesab edirik və çox yaxşı başa düşürük ki, Qərb qoşunları Ukrayna ərazisində olarsa, müharibənin miqyası xeyli artacaq”, – Siyarto vurğulayıb.

Macarıstanın baş diplomatının sözlərinə görə, “münaqişənin eskalasiyası çox təhlükəli olardı”.

Onun fikrincə, Qərb silah tədarükündən sülh axtarışına keçməlidir.

Ukraynaya yeni silah tədarükü, oraya qoşun göndərmək və ya nüvə silahından istifadə etməkdənsə, bu müharibəyə son qoymaq, atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır”, – o irəli sürüb.

Diplomata görə, “Ukraynada Avropa və ya Amerika qoşunlarının olması qırmızı xətti keçmək demək olardı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ