İçərişəhərə maşınla giriş bu gündən məhdudlaşdırılır

03/05/2024 - 13:05

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə “Qafqazinfo”ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qala küçəsi 52-128, Qüllə küçəsi 15-22, Böyük Qala küçəsi 41-51, Asəf Zeynallı küçəsi 21-65 ünvanlarında həyata keçiriləcək.

Qeyd edək ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədiləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İmişlidə ev yandı - Video
13/05/2024 - 16:43