Kürdəxanıda evin qanunsuz tikilən mansardı sökülüb - VİDEO

02/05/2024 - 10:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tikili üzərində qanunsuz olaraq əlavə mərtəbə - mansard tikintisinin aparılması faktı aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq tikilən mansard sökülüb.

    Kürdəxanıda evin qanunsuz tikilən mansardı sökülüb - VİDEO Kürdəxanıda evin qanunsuz tikilən mansardı sökülüb - VİDEO

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    İmişlidə ev yandı - Video
    13/05/2024 - 16:43