Nigeriyada bir həftə ərzində qızılcadan ölənlərin sayı 40-a çatıb

04/05/2024 - 04:40

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində son bir həftədə qızılcadan ölənlərin sayı 42-ə çatıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami məlumat verib.

    "Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib",-deyə o bildirib.

    O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib.

    Nigeriyanın şimalında demək olar ki, hər il qızılca epidemiyası baş verir.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ