Bakıda gənc qızı avtomobil vurub

03/05/2024 - 05:20

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa yolunda qeydə alınıb.

    1998-ci il təvəllüdlü İlqarzadə Məryəm Xanzadə qızını yolu keçərkən avtomobil vurub.

    Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    İmişlidə ev yandı - Video
    13/05/2024 - 16:43