Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri yandırılıb
06/05/2024 - 10:42
Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.
APA DİN-ə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.